Feb 18, 2013

Məktəbimiz



Təməli 2004-cü il 22 yanvarda qoyulmuş, 2004-cü il 11 sentyabrda istifadəyə verilmiş Akademik Zərifə Əliyeva daına orta məktəb artıq 5 ildir ki fəaliyyət göstərir. Məktəbimiz bu il respublikamızda keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsində iştirak etmişdir. Müsabiqədə respublika üzrə 400 orta məktəb iştirak etmişdir. 50 məktəb müsabiqədə qalib gələrək “İlin ən yaxşı məktəbi” adını almışdır. Bizim məktəbimizdə qalib gələrək mükafata layiq görülmüşdür.
Məktəbimizin ünvanı dəyişərək Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb lisey adını aldı. Bu işdə məktəbimizin direktoru Şərifov Rzaqulu və müəllim kollektivinin böyük əməyi var.
Məktəbimizdə şagirdlərin təlim tərbiyəsi ilə məşğul olan müəllimlərdən Respublikanın əməkdar müəllimi Rəna Həsənova, müəllimlərdən Flora Əliyeva, Püstə Həsənova, Könül Kazımova,  Vidadi Süleymanovun və başqalarının adını fəxrlə çəkmək olar. Məktəbimizdə 400- dən çox əlaçı şagird var.
Hal-hazırda məktəmizin direktoru Vidadi Süleymanovdur.